Bakıda «Prado» sürücüsü yol polisinin əmrinə məhəl qoymadı

1906 Просмотров

Добавлено: 15.02.2016
Категории: Разное
Тэги: sürücü , Yol Polisi

Fevralın 14-də, saat 16:57 radələrində Bakıda "Prado" markalı, 90 EL 666 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yol polisi əməkdaşının "saxla" işarəsinə tabe olmayıb. Hadisə Teymur Elçin küçəsində baş verib. Milli.Az bildirir ki, avtosfer.az-ın təqdim etdiyi videodan da göründüyü kimi, "Prado" markalı avtomobil sağa dönən kimi 99 YP 466 dövlət nömrə nişanlı Yol-Patrul Xidməti avtomobilində xidmət aparan yol polisi inspektoru ona "saxla" işarəsi verir. Lakin sürücü polisin göstərişinə əhəmiyyət verməyərək hərəkəti davam etdirir və oradan uzaqlaşır. Milli.Az