Sevgililər günündə oğlan "qəza" keçirdi, qız sevindi

4993 Просмотров

Добавлено: 15.02.2016
Категории: Разное

Türkiyənin Bodrum şəhərində maraqlı hadisə baş verib. Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, 26 yaşlı Bodrum sakini Tuncel Karakaş tibb müəssisəsində işləyən həmkarı və sevgilisi Duysu Uçana qeyri-adi şəkildə evlənmə təklifi edib. Belə ki, oğlan həmkarları ilə birlikdə sevgilisinə sürpriz evlənmə təklifi etmək üçün qəza keçirdiyini söyləyərək təcili tibbi yardım çağırıb. Tibb bacısı işləyən Duysu Uçan hadisə yerinə gəldikdə maraqlı sürpriz ilə qarşılaşıb. Oğlan qıza sevgisini etiraf edərək evlənmə təklifi edib. Milli.Az görüntüləri təqdim edir: Milli.Az