Gələcəyimizi təhlükəyə atmayaq!

Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçməsi haqqında qanun ötən il iyunun 1-dən qüvvəyə minib. Qanuna əsasən, nikaha daxil olmaq istəyən şəxslər talassemiya, hemofiliya, QİÇS və sifilisə görə tibbi müayinədən keçməlidirlər. Səhiyyə Nazirliyindən verilən məlumata görə, qanun qüvvəyə mindiyi vaxtdan bu günəcən 94400 nəfər tibbi müayinədən keçib. Ümumi saydan 84600 nəfəri ötən il müayinədən keçənlərdir ki, onların da 5534 nəfərində talassemiya daşıyıcılığı, 239 nəfərində sifilis, 54 nəfərində isə QİÇS aşkarlanıb. Eyni zamanda, bu ilin yanvar ayı ərzində 9800 nəfər tibbi müayinədən keçib. Onlardan isə 246 nəfərdə talessemiya daşıyıcılığı, 22 nəfərdə sifilis, 1 nəfərdə isə QİÇS aşkarlanıb. Sadaladıqlarımız respublika üzrə statistik göstəricilərdir.

Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncə şəhərinə gəlincə, burada ötən il 2967 nəfər tibbi müayinədən keçib. Onlardan 145 nəfərdə talassemiya, 4 nəfərdə sifilis, 2 nəfərdə isə QİÇS tapılıb. Cari ilin yanvar ayından bu günəcən isə Gəncə şəhərində 500 nəfər nikah öncəsi tibbi müayinədən keçib. 2016-cı ildə qan analizi verən cütlüklərdən 10-da talassemiya daşıyıcılığı aşkarlanıb. Tibbi müayinə zamanı sözügedən üç xəstəliyin yoxlanılması qanunda göstərilən əsas şərtdir. Niyə məhz 3 xəstəlik, digərləri ola bilməzmi? Məsələn, əsrin bəlası narkomaniyanın da ailələrə vurduğu zərər heç də az deyil. Analizlər nəticəsində şəxslərin narkotik vasitə aludəçisi olub olmadığı aşkarlana bilməzmi? Bu kimi suallara cavabında həkimlər bildirdilər ki, QİÇS yoxlanılır və bu sindromun əsas səbəbi əksər vaxtlar narkotik vasitələrdən istifadə olur. Sifilis, talassemiya və QİÇS qan xəstəliyi olduğundan və irsi xarakter daşıdığından onların yoxlanılması vacib şərtdir.

Длительность: 8:52 Просмотров: 3.1K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео