Aqrar sektorun paradoksu: Taxılımız boldur, amma buğdanı xaricdən alırıq

248 Просмотров

Добавлено: 15.02.2016
Категории: Разное
Тэги: Aqrar sektor , taxıl , buğda

Ölkədə 3 milyon tona yaxın taxıl yığılır. Onun da 1.7 milyon tonu buğdanın payına düşür. Lakin Taxıl Fondu anbarlarını xaricdən gətirilən buğda ilə təmin edir. Kəpəz TV (Region TV) xəbər verir ki, nəinki Taxıl Fondu ölkədə fəaliyyət göstərən iri un və un məmulatları şirkətləri də... Dolların bahalaşması və bunun nəticəsində idxal olunan məhsulların bahalaşması, xaricə valyuta axınının artması ölkənin yerli ərzaq məhsulları ilə təminatı məsələsini bir daha gündəmə gətirdi. Xüsusən də ölkənin ərzaq buğdası ilə təminatı məsələsini... Rəsmi məlumatlara görə, ölkə 60-70 faiz taxıla olan tələbatı daxili istehsal hesabına ödəyir. Ölkə üçün ənənəvi sayılan, lakin unudulan gəlirli sahələrin yenidən dirçəlişinə də prezidentin son çıxışı stimul verdi. Bəs, kənd təsərrüfatına edilən bu qədər yardım və güzəştlərin müqabilində aqrar sahə niyə bu qədər ləng addımlarla irəliləyir? "Pambıqçılıq faydalı sahədir, bu sahə yaşamalı və inkişaf etdirilməlidir". Bu sözləri ulu öndər hələ 1977-ci ildə söyləmişdi. Lakin müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatının bu ənənəvi sahəsi demək olar ki, məhv edildi. 2010- cu ildə pambıqçılıq haqqında qanun qəbul olunsa da, sonrakı illərdə pambıqçılığın inkişafı ilə əlaqədar prezident əlavə sərəncamlar imzalasa da, hələ də bu sahədə ciddi irəliləyiş yoxdur. Amma ölkə başçısının son çıxışından sonra bu sahədə yenidən canlanma müşahidə olundu. Fermerlərdə ümid yarandı ki, nəhayət, onların əməyinə lazımi qiymət veriləcək. Sonradan məlum oldu ki, bu "lazımi qiymətlə" bağlı kəndlilərin fikirləri Kənd Təsərrüfatı Nazirliyi və emal müəssisələrinin fikirləri ilə üst-üstə düşmür.