Kredit borcu olanlar da ünvanlı sosial yardım alacaqlar

Azərbaycan inkişaf edir, iqtisadiyyatımız güclənir, amma yenə də əhalinin müəyyən bir hissəsinin dövlətin sosial yardımına ehtiyacı var. Bunu nəzərə alaraq 2006-cı ildən etibarən ünvanlı dövlət sosial yardımın verilməsinə başlanılıb. Aztəminatlı ailələrin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə ailə üzvlərinin hər birinin ehtiyac meyarının cəmindən az gəliri ilə aradakı fərq qədər ünvanlı sosial yardım təyin olunur. Bir daha qeyd edək ki, bu yardım məhz aztəminatlı ailələr üçün nəzərdə tutulub. Amma dövlətin bu qayğısından sui-istifadə hallarına da rast gəlinir. Bəzən isə əksinə, həqiqətən də yardıma ehtiyacı olan ailələr bəzi bürokratik əngəllərlə qarşılaşırlar və bu qayğıdan məhrum olurlar. Kəpəz TV (Region TV) xəbər verir ki, Nazirlər Kabineti də elə bunu nəzərə alaraq bu yaxınlarda "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında qərar verdi. Yeni qərarlarla nələr dəyişdi, bax bu barədə qarşıdakı süjetdən biləcəyik.

Əvvəla onu qeyd edək ki, ünvanlı dövlət sosial yardımı ölkə ərazisində yaşayan və müraciətdən əvvəlki son bir il ərzində orta aylıq gəliri bəzi səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələrə verilir. Səbəblər deyərkən, ailə üzvünün əmək qabiliyyətini itirməsi; əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi; ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması; ailə üzvünün vəfat etməsi; ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; ailə üzvünün azadlıqdan məhrum edilməsi; ailə üzvünün olduğu yerin məlum olmaması nəzərdə tutulur.

Длительность: 8:46 Просмотров: 4.5K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео