"Kəpəz" - "Qarabağ" matçında gərginlik yarandı

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turunun mərkəzi görüşü "Kəpəz"lə "Qarabağ" arasında baş tutub.
Milli.Az "Report"a istinadən xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən oyuna 20 mindən çox azarkeş gəlib.
Onların arasında uşaqlar və qadınlar da olub. Fəxri tribunadan isə matçı Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə "Kəpəz"in Müşahidə Şurasının sədri Elmir Vəliyev də izləyib.
Matç kifayət qədər maraqlı və gərgin alınıb. Hesabı 10-cu dəqiqədə Rəşad Sadıqov açıb. Zərbədən sonra yan xətt hakimi bayrağını qaldıraraq, oyundan kənar vəziyyət olduğunu iddia etsə də, baş hakim Ömər Paşayev qolu qeydə alıb.

Длительность: 7:53 Просмотров: 2.7K Добавлено: 8 лет назад
Категории: Спорт
Тэги: futbol eop qol gərginlik
Пожаловаться

Похожие видео