Moskvada böyük partlayış xofu

237 Просмотров

Добавлено: 14.02.2016
Категории: Разное

Rusiya paytaxtı Moskvada yerləşən üç iri ticarət mərkəzində - "Afimoll-siti", "Atrium" və "Belaya daça"da müştəriləri evakuasiya ediblər. Milli.Az anspress-ə istinadən bildirir ki, hadisə zamanı obyektlərdən bir neçə min müştəri çıxarılıb. Rusiya xəbər agentlikləri evakuasiyanın partlayış qorxusu altında baş verdiyini bildirib. Rus KİV-lərinin yazdığına görə, Moskva ətrafı dairəvi yolun yaxınlığında yerləşən "MEQA Belaya daça" ticarət mərkəzinə terror hücumu ilə bağlı məlumat daxil olub. Kursk vağzalının yaxınlığında yerləşən "Atrium"dan və "Afimoll Siti"dən də evakuasiyanın "texniki səbəbdən" gerçəkdəşdirildiyi bildirilir. "Afimoll Siti"də "Miss Rossiya" gözəllik müsabiqəsinin kastinqi keçirilməli idi. Rusiya mətbuatı hər üç ticarət mərkəzində şübhəli əşyaların tapıldığını bildirir. Həm "MEQA Belaya daça" ticarət mərkəzinə, həm də "Afimoll Siti"yə ərazidə bomba olması ilə bağlı telefon zəngi gəlib. Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhər idarəsindən verilən məlumata görə, hazırda ticarət mərkəzlərinin girişində təcili yardım maşınları və yanğınsöndürənlər növbə tutublar. Milli.Az