Kəməri tax, həyatını sığortala

''Avtomobilə quraşdırılan təhlükəsizlik kəmərləri yalnız öndə oturanlar üçündür''.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, bu ifadənin nə qədər yanlış bir fikir olduğunu indi sizə aşağıda təqdim edəcəyimiz kadrlardan görəcəksiniz. Qəzaya düşən avtomobildə əyləşən sərnişinlərdən biri kəməri taxıb, digəri yox. Zərbə anında isə kəməri taxmayan sərnişin ölümdən son anda xilas olur. Bu hallar təhlükəsizlik kəmərinin önəmini bir daha göstərir.

Yüksək sürətlə hərəkət edən avtomobilin arxa oturacağında 2 sərnişin əyləşib. Biri təhlükəsizlik kəmərini taxıb, digəri isə yox. Biraz sonra isə ağır qəza baş verir. Zərbə anında kəmərdən istifadə etməyən sərnişin xəsarət alır. İstifadə edənin isə burnu da qanamır.

Kadrlar arxa oturacaqlarda təhlükəsizlik kəmərlərinin əhəmiyyətini göstərir. Bir çox ölkədə arxa oturacaqdakı kəmərlər qanunda yerini alsa da ölkəmiz belə deyil.

Ekspertlərn sözlərinə görə, ilk mərhələdə bu məsələdə marifləndirici tədbirlərin aparılmasına ehtiyac var.

Cəmi 3 saniyə vaxtdan keçib təhlükəsizlik kəmərini bağlamaq sonrakı peşmançılığın da qarşısın alar.
Milli.Az

Длительность: 1:52 Просмотров: 2.4K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео