Bakıda bahalı maşın nömrələrini kimlər alır?

1298 Просмотров

Добавлено: 14.02.2016
Категории: Разное

Elan saytlarında avtomobilin dövlət qeydiyyat nömrə nişanlarının satılmasına maraq artıb. Hətta bəzi şəxslər dəbdəbəli olmayan nömrəni belə baha qiymətə satırlar. Sürücülərin bəziləri isə belə nömrələri almağa maraqları olmadığını bildirirlər. Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, saytlarda avtomobilin dövlət qeydiyyat nömrə nişanlarının satış elanları dəb halını alıb. Qiymətlərinə gəldikdə isə, bir çoxunun əvəzinə hətta avtomobil də almaq olar. Buna səbəb nömrələrin rəqəmləri, ya da hərfləridir. Sürücülərin bir qismi avtomobilin nömrəsində öz ad və soyadlarının baş hərflərinin olmasına önəm verir. Buna görə də dəbdəbəli nömrələrin arzusunda olanlar çoxdur. Mütəxəssislər bildirir ki, avtomobil nömrələrinin bu şəkildə satışı qanuna zidd deyil. Ancaq avtomobilində dəbdəbəli nömrənin olmasının tərəfdarı olmayanlar da var. Avtomobil nömrələrindəki rəqəmlərin öz rayonunun koduna, mobil nömrəsinin ya da əhəmiyyət verdiyi digər rəqəmə uyğunluğu da qiymətlərə təsir edir. Hətta uğurlu olduğuna inandığı rəqəmi axtaranlar da olur. Bununla belə nömrələrin bahalı olub olmasını tələb müəyyən edir. Hər halda tələb olmasaydı minlərlə manat qiymət də qoyulmazdı. Milli.Az