Sevgilisinə gül alanlar nəyə diqqət etməlidirlər?

632 Просмотров

Добавлено: 14.02.2016
Категории: Разное

Bu gün Sevgililər günüdür. Dünyanın bir çox ölkəsi kimi Azərbaycanda da bu günü qeyd edənlər var. Artıq gül dükanlarında canlanma müşahidə olunur. Bəs, görəsən, tələbin artması gülün qiymətinə təsir edibmi? "Xəzər Xəbər" bildirir ki, 14 fevral Sevgililər günündə gül dükanlarında canlanma müşahidə olunur. Satıcılar gül qiymətlərinin sabit qaldığını, alıcı itirməmək üçün sabah da qiymətləri dəyişdirməyəcəklərini deyirlər. Qeyd edək ki, müxtəlif rəngə boyanan, bərbəzəkli hazırlanan və qeyri-adi üslubda dizayn edilən güllərə maraq daha çoxdur. Milli.Az