Çay suyundan birbaşa istifadə zərər verə bilər

Kür və Araz çaylarının növbəti monitorinqi keçirilib. Nəticələr çaylarda normadan dəfələrlə çox çirklənmə olduğunu göstərir.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, çaylarda çirklənmə təhlükəli hal alıb. Gürcüstan və Ermənistan ərazisində Kürə axıdılan tullantılar və çirkab sular nəticəsində çayda biogen maddələrin miqdarı maksimum həddə çatıb. Monitorinqlər göstərir ki, suyun tərkibində mis və sink kimi ağır metalların da miqdarı normadan çoxdur.

Kür çayı üzrə çirklənmə yol verilən qatılıq həddini Şıxlı-2 məntəqəsində 3,7 , Ağstafaçay su anbarında isə 3,5 dəfə keçib.

Araz çayında aparılan monitorinqin nəticələri də qənaətbəxş deyil.

Araz çayı üzrə çirklənmə I Şahsevəndə 4, Horadizdə 3,9, Bəhramtəpədə isə 3,5 dəfə normadan artıqdır.

Mütəxəssislər qeyd edir ki, çirklənmənin çox olduğu ərazilərdə Çay suyundan birbaşa istifadə insanın səhhətinə mənfi təsir göstərə bilər.

Milli.Az

Длительность: 1:50 Просмотров: 2.7K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео