Sürücülər cəriməni hissə-hissə ödəsinlər - TƏKLİF

456 Просмотров

Добавлено: 12.02.2016

İnzibati xətaya görə yazılmış cəriməni sürücüdən birdəfəyə ödənilməsi tələb edilir. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir kbelə olduqda sürücülər bəzən cəriməni ödəyə bilmir və nəticədə həmin cərimənin üstünə əlavə faiz gəlir. Bu da inzibati xətaya görə yazılmış cərimələrin hissə-hissə ödənilməsi məsələsini gündəmə gətririb. Əslində bu problemlə Elvin Ömərov kimi bir çox sürücü qarşılaşıb. Məsələn, sürücüyə inzibati xətaya görə 300 manat cərimə yazılırsa, onu mütləq birdəfəyə ödəməlidir. Cəriməsini ödəyə bilmədikdə isə üstünə faiz gəlir və daha sonra isə avtomobilə yol polisi tərəfindən həbs qoyulur. Problem sürücülərə inzibati xətaya görə yazılmış cərimələrin hissə-hissə ödənilməsi məsələsini gündəmə gətirib. Millət vəkili Fazil Mustafa cərimənin kredit şəklində ödənilməsini təklif edir. Millət vəklinin sözlərinə görə, cərimənin ödənilməməsi dövlət orqanını daha çox ziyana salır. Ona görə də cərimənin hissə-hissə qaytarılması həm vətəndaşa, həm də dövlət büdcəsinə xeyirdir. Fazil Mustafanın təklifi sürücülərin də ürəyincədir. Onlar da hazırkı vəziyyətdə cərimənin kredit şəklində qaytarılmasını müsbət qiymətləndirirlər. Milli.Az