"e-Bay" dan istifadə edənlər diqqətli olmalıdır

363 Просмотров

Добавлено: 12.02.2016
Категории: Разное
Тэги: e-Bay , alış-veriş

Məşhur beynəlxalq alış-veriş saytı olan ''e-Bay'' dan istifadə edənlər diqqətli olmalıdır. Məsələ burasındadır ki, xakerlər bu portalda onlayn mağaza açaraq şirnikləndirici qiymətlərlə mal təklif edir və bununla da virus yayırlar. Nəticədə istifadəçilərin şəxsi məlumatları və bank hesabı oğurlanır. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, mütəxəssislərin bu tora düşməmək üçün bəzi məsləhətləri var. Bənzər hallar onlayn alış-veriş saytlarının şəxsi məlumatların və bank hesablarının təhlükəsizlik məsələsini aktuallaşdırır. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi də bununla bağlı məlumat yayıb, "e-Bay" istifadəçilərini diqqətli olmağı tövsiyə edib. Agentliyin məlumatına görə, xakerlər "e-Bay" onlayn mağaza yaradırlar və zərərverici kodu məhsulun təsviri haqda olan səhifəyə yerləşdirirlər. İstifadəçilər şirnikləndirici təkliflərin doğru-olub-olmadığını əvvəlcə ''e-Bay'' ın rəsmi səhifəsindən dəqiqləşdirməsi məsləhət görülür. "Check Point" araşdırma şirkətinin tədqiqatçıları qeyd olunan boşluqla bağlı ətraflı hesabatı "e-Bay" rəhbərliyinə təqdim edib. Lakin "e-Bay" rəsmiləri bu boşluğu aradan qaldırmağı planlaşdırmadıqlarını bildiriblər. Milli.Az