Qaranlıq küçə, sahibsiz itlər və təhlükə mənbəyi...

Ulduz metrostansiyasının yerləşdiyi küçə yük maşınlarının dayanacağına çevrilib.

Üstəlik işıqlandırma olmadığından gecələr bu yolu keçmək piyadalar üçün əməlli-başlı müşkülə çevrilib.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, qaranlıq yol ağır tonnajlı yük maşınlarının dayanacağına çevrilib. Ətrafda isə çoxlu sayda sahibsiz it var. Gecə saatları olmasında baxmayaraq metroya gedən (Voladorsk küçəsi ) bu yoldan kifayət qədər çox piyada istifadə etsə də ətrafda bir dənədə olsun işıq yoxdu.

İşıq olmasa da yol boyu işıq dirəkləri var. Ərazidəki zibil qablarının ətrafında isə çoxlu sayda sahibsiz itlər toplaşır ki, bu da piyadalar üçün əlavə təhlükə yaradır.

Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov məsələdən xəbərdar olduqlarını bildirdi. Onun sözlərinə görə, küçənin işıqlandırılması ilə bağlı Bakı şəhər İcra hakimiyyətinə müraciət olunub. Ağır tonlajlı yük maşınlarının küçəni zəbt etməsinə gəldikdə isə, bu iş Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına tapşırılıb və günü sabah məsələ həll olunacaq.

Milli.Az

Длительность: 1:33 Просмотров: 2.3K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео