Kolleclər birləşdirildi: bəs müəllimlərin taleyi necə olacaq?

Azərbaycanda bəzi kolleclər birləşdirilib, bəzilər isə müvafiq ali məktəblərin tabeliyinə verilib. Məqsəd orta ixtisas təhsili müəssisələrinin şəbəkəsini optimallaşdırmaqdır. İndi əsas məsələ birləşmədən sonra orda işləyən işçilərin aqibətinin necə olacağıdır.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, eyni və oxşar ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən və bir-birinə yaxınlıqda yerləşən 14 kollec birləşdirilib, 3-ü isə profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib.

Nazirlər Kabinetinin qərarı ilə Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Kompüter Kolleci İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə qoşulub. Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci, Şəki Pedaqoji Kolleci və Şəki Musiqi Kolleci birləşdirilərək Şəki Dövlət Regional Kolleci, Şamaxı Humanitar Kolleci və Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci adlandırılıb.

Həmçinin Bakı Neft-Energetika Kolleci Dövlət Neft və Sənaye Universitetinin, Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin, Bakı Sənaye-Pedaqoji Kolleci isə Dövlət Pedaqoji Kollecin qoşularaq, Dövlət Pedaqoji Universitetinin tabeliyinə verilib.

Təhsil Nazirliyinin sözcüsü Cəsarət Valehovun sözlərinə görə, stuktur dəyişiklikləri ixtisarlara səbəb olmayacaq.

Milli.Az

Длительность: 1:46 Просмотров: 6.2K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: kollec Müəllimlər
Пожаловаться

Похожие видео