Sürücü sükan arxasında yuxuladı və maşın aşdı

Bu gün saat 14 radələrində Şəki ərazisində yol qəza hadisəsi baş verib. Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, qəza Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 65-ci km-də Şəkinin Əyriçay Cumakənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, hadisə zamanı Qax rayon sakini Cavadov Hüseyn Abdul oğlu idarə etdiyi 10-CG-188 dövlət nömrə nişanlı "VAZ-21 099" markalı avtomobillə Şəki istiqamətində olarkən qəfildən idarəetməni itirb. Avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb olunan həkimlərin köməkliyi ilə sürücüyə ilkin tibbi yardım göstərilib və o, ambulator müalicə üçün evə buraxılıb.

İlkin məlumatlara görə, qəzanın baş verməsinə səbəb sürücünü sükan arxasında yuxu tutması olub. Faktla bağlı Baş dövlət yol polisi idarəsinin istintaq bölməsi tərəfindən araşdırmalar aparılır. Bir məlumatı da xüsuilə qeyd edək ki, sürücü bu qəzadan sağ çıxmasını möcüzəli hesab edir.

Onun sözlərinə əsasən, qəzadan təhlükəsizlik kəmərindən istifadə etdiyi üçün sağ çıxa bilib.

Milli.Az

Длительность: 1:02 Просмотров: 2.6K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео