Bakıda banka basqın etdilər

1338 Просмотров

Добавлено: 12.02.2016
Категории: Разное
Тэги: bank , basqın

Bakının Binəqədi rayonunda banka basqın edilib. Milli.Az APA-ya istinadən bildirir ki, naməlum şəxs rayonun Şövkət Məmmədova küçəsi 10 ünvanında yerləşən "DəmirBank"dan oğurluq etmək istəyib. Bankın arxa tərəfində olan tikilinin üstünə çıxan oğru bankın pəncərəsini sındırıb. O, içəri daxil olanda mühafizə xidmətinin siqnalizasiyası işə düşüb. Oğru bankın birinci mərtəbəsinə düşəndə hadisə yerinə mühafizə polislərinin gəldiyi görüb, qaçmağa başlayıb. Lakin uzağa qaça bilməyib. Polis əməkdaşları onu yaxalayıb. Hadisə yerinə baxış zamanı oradan dəmir ling aşkarlanıb. Saxlanılan şəxs Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə aparılıb. Faktla əlaqədar başlanan araşdırmalar davam edir. Milli.Az