Merkel qadağa qoydu

Almaniyanın baş naziri Angela Merkel Şimali İraq regional kürd rəhbərliyinin müstəqillik istəyinə qarşı çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Merkel iraqlı həmkarı Haydar əl-İbadi ilə Berlində görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında kürdlərin İraq sərhədlərinin daxilində qalmalı olduğunu söyləyib.

Merkel Almaniyanın kürd bölgəsini İraq dövlətinin bir parçası olaraq gördüyünü söyləyib. İraqın ərazi bütövlüyünün qorunmasının lazım olduğunu vurğulayan Almaniyanın baş naziri İŞİD-lə mübarizədə peşmərgə güclərinə bundan sonra da dəstək verəcəyini deyib.

İraqın baş naziri Şimali İraq regional kürd rəhbərliyini Bağdaddakı mərkəzi hökumətlə əməkdaşlığa çağırıb. O, İraqın bölünməsinin heç kimin maraqlarına cavab verməyəcəyini bildirib.

Длительность: 3:14 Просмотров: 2.0K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: qadağa
Пожаловаться

Похожие видео