Xatunla Elnarə arasında qalmaqal: "İnanmazdım ki, yalan danışar"

911 Просмотров

Добавлено: 12.02.2016
Категории: Разное
Тэги: qalmaqal

"Axır günlərdə mahnılarım tutdu, efirlərə dəvət olunuram. İstedadıma görə məni efirə çağırırlar. Bu da deyəsən, bəzilərində qıcıq yaradır". Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xatun Əliyeva "10-dan sonra" verilişində deyib. O, ailəsinə qarşı atılan böhtanlara gülüb keçdiyini bildirib: "Mənə ailəmə qarşı şər atırlar. Gülüb keçirəm. Necə məni insanların gözündən sala bilərsiniz? Könül Kərimova ilə canlı yayımda barışdım. Başqa verilişdə xanım müğənni deyir ki, "Belə şeyləri qəbul etmirəm". İnsan elədiyi səhvdən nəticə çıxarar. Mən o müğənniyə deyirdim ki, "Sənin səsinə qurban olum". Adını çəkmək istəmirəm. Amma onu deyim ki, Könül Kərimova ilə barışdığımız gün, efirə zəng edib bizi izlədiyini demişdi (həmin verilişdə əməkdar artist Elnarə Abdullayeva studiyaya zəng etmişdi - red.). Həmişə bu müğənninin qohumlarının xeyir işinə təmənnasız getmişəm. Bir dəfə yaxın qohumumun ad günü idi. Ərk edib onu çağırmaq istədim. Bir musiqiçiyə zəng edib, nömrəsini aldım. Dedi ki, elə onlardayam. Müğənninin özünü yığanda isə qayıtdı ki, mən rayondayam, gələ bilmərəm. Şoka düşdüm, inana bilməzdim ki, yalan danışar. Ona bircə kəlmə dedim ki, "Ayıb olsun". Mənə o qədər mesajlar yazdı ki... Oğlum universitetə daxil olanda qonaqlığa gəlib, pul vermişdi. Yazdı ki, o pulu gəldiyin qohumlarımın toylarına çıx. Ona cavab yazmaq istədim, qardaşım Balaş qoymadı. Mənə qarşı niyə belə etdilər? Heç kimin toyunu əlindən almamışam. Bu yerə öz zəhmətimlə gəlmişəm". Qeyd edək ki, E.Abdullayeva K.Kərimova və Xatun olan verilişə baxıb ağladığını demişdi. Muğam ifaçısı daha sonra "Star life" verilişinə açıqlama verərkən "Mən belə şeyləri qəbul etmirəm. Küsürlər, sonra gedib barışırlar" deyə, bildirmişdi. Milli.Az