Mahir Şükürov doğrudanmı futboldan gedir?

Oynadığı komandaların, eləcə də millimizin əsas heyət üzvü olmuş bu futbolçudan uzun müddətdir ki, xəbər-ətər yox idi. Mətbuatda onun karyerasını bitirdiyi də yazılmışdı. Söhbət müdafiəçi Mahir Şükürovdan gedir.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, son bir neçə il ərzində üzvü olduğu komandalarda Mahir Şükürovun əsas heyətdə oynayıb-oynamayacağı demək olar ki, heç vaxt müzakirə mövzusu olmayıb. Şükürov öz mövqeyinin lideri olub. Tez-tez komanda dəyişsə də. Bu, Berti Foqtsun dövrünə təsadüf edən millidə də belə olub.

Amma xeyli müddətdir ki, ondan xəbər-ətər yox idi. Nə ölkədə idi, nə də mətbuatda. Son mövsümünü Türkiyə birinci divizionunda Karşıyakada keçirmişdi və bununla da karyerasını bitirdiyi deyilirdi.

Mahir Şükürov özündə futbol oynamağa güc hiss edir və ən azı iki il meydanda olmaq istəyir.
Milli.Az

Длительность: 1:53 Просмотров: 2.3K Добавлено: 8 лет назад
Категории: Спорт
Тэги: futbol
Пожаловаться

Похожие видео