Azərbaycanda 60 yaşlı qadını ütü ilə öldürdülər

464 Просмотров

Добавлено: 12.02.2016
Категории: Разное

Ağcabədi rayonunda ağır cinayət olub. Naməlum şəxs və ya şəxslər 60 yaşlı qadını yaşadığı evdə qətlə yetiriblər. Bakıda Binəqədi rayonunda isə 39 yaşlı qadını sevgilisi boğaraq öldürüb. Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, 60 yaşlı qadını ütü ilə döyə-döyə qətlə yetiriblər. Ağır cinayət Ağcəbədidə baş verib. Üzeyir Hacıbəyov küçəsində yaşayan 60 yaşlı Kamilə Əhmədovanın meytini qonşular aşkar edib və polisə xəbər veriblər. Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları müəyyən ediblər ki, qarət məqsədi ilə evə girən naməlum şəxslər Kamilə Əhmədovanı ütü ilə vurub öldürüblər. Tibb bacısı olan yaşlı qadın evdə tək yaşayırmış. Mərhum Kamilə Əhmədovanın qardaşı Kamil Mehrəliyevin sözlərinə görə, bacısının Bakıda yaşayan övladları ona neçə dəfə zəng vurublar. Zəngə cavab vermədyindən qonşulara xəbər veriblər. Beləcə gerçək ortaya çıxıb. Faktla bağlı cinayət işi başlanıb, polis cinayətkarlkarın saxlanılması istiqamətində əməliyyat keçirir. Gecə Bakıda da ağır cinayət olub. 39 yaşlı Sədaqət Əsgərovanı sevgilisi boğaraq qətlə yetirib. Binəqədi rayonu 9-cu mikrarayonda İlqar Cümşüdov küçəsindəki bir evdə üzərində xəsarətləri olan qadın meyiti aşkarlanıb. Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat qrupu cinayətdə şübhəli kimi Fəhmin Qədimovu saxlayıb. Binəqədi rayon polis idarəsindən verilən məlumata görə, Fəhmin Qədimov hadisə baş verən mənzili bir müddət əvvəl kirayəyə götürüb. O, qətlə yetirilən qadınla qeyri-rəsmi nikah münasibətlərində olub. Fəhmin Qədimov polisə ifadəsində qadını elektrik naqili ilə boğduğunu bildirib. Faktla bağlı istintaq tərbirləri davam etdirilir. Milli.Az