Bakının hansı bazarında ucuzlaşma var?

Manatın devalvasiyasından sonra xaricdən idxal olunan məhsuların qiyməti bahalaşmışdı. Artıq bazarlarda meyvə -tərəvəzin, bəzi kənd təsərrüfatı məhsullarının qiyməti ucuzlaşıb. Ancaq bu məhsulların qiyməti hər bazarda fərqlidir.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, ucuzlaşma ən çox 8-ci kilometr bazarında müşahidə olunur. Digər bazarlarda qiymətlər aşağı düşsə də eyni məhsulların satışında ənənəvi fərqlər qalmaqdadır. Belə ki, 8-ci kilometrdə kartofun kiloqramı 70 qəpiyədirsə, bu tərəvəz yaşıl bazarda 1 manat, Keşlə bazarında isə 70 qəpiyə alıcılara təklif olunur. Hər üç bazarda soğanın qiyməti fərqlidir.

Xiyar, pomidorun da qiymətində ucuzşlama nəzərə çarpır. 8-ci kilometr bazarında pomidor və xiyar 1,50-1,80 manat arasında dəyişirsə, Keşlə və Yaşıl bazarda bu tərəvəlzərinin qiyməti fərqlidir.

20 qəpiyə satılan yumurta qiyməti 8-ci kilometrdə 10-15 qəpiyə düşüb. Yaşıl bazarda yumurtanın qiymət 15-20 qəpik, Keşlə bazarında isə 13-15 qəpik təşkil edir.

Bütün bazarlarda alma ucuzlaşsa da, qiymətlər fərqlidir. 8-ci kilometrdə bu meyvə 70 qəpiyə, Yaşıl bazarda 1,50 manat, Keşlə bazarında isə 50-70 qəpıkdır.
Milli.Az

Длительность: 1:28 Просмотров: 2.2K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: bazar ucuzlaşma
Пожаловаться

Похожие видео