Rusiyada azərbaycanlıların obyektləri sökülür

Rusiyanın paytaxtı Moskvada azərbaycanlılara məxsus ticarət mərkəzlərinin kütləvi şəkildə söküntüsünə başlanılıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, bölgə müxbirinin verdiyi məlumata görə, Moskva bələdiyyəsi bu obyektlərin tikintisi və fəaliyyətinin ganunsuz həyata keçirildiyini bəyan etsə də obyekt sahibləri bununla razılaşmır.

Moskvanın mərkəzindəki bəzi metro stansiyalarının çıxışları sözün həgigi mənasında zəlzələ bölgəsini xatırladır. Gecə saatlarında sökülən obyektlərdən geriyə galan töküntülər gündüz yük maşınlarıyla şəhər kənarına daşınır. Sahibləri arasında azərbaycanlıların da olduğu bu obyektlərin xəbardarlıq edilmədən gecə saatlarında sökülməsi sahibkarların ciddi etirazlarına səbəb olub.

Длительность: 0:45 Просмотров: 3.9K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: söküntü obyekt
Пожаловаться

Похожие видео