Silah alveri ilə məşğul olan dəstə ifşa edildi

Polisin apardığı uğurlu əməliyyatla silah-sursatların qanunsuz alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb. Araşdırmalarla onun cinayətkar dəstənin üzvü olduğu aşkarlanıb.

Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsi əməkdaşları daxil olan məlumat əsasında Abşeron rayonu, Masazır qəsəbəsində əməliyyat keçiriblər. Nəticədə Sabirabad rayon sakini, əvvəllər dəfələrlə məhkum edilən Cavid Hacıyev "Makarov" markalı tapançanı 8 ədəd patronu olan sandıqçası ilə birlikdə 2300 manata satmaq istəyərkən saxlanılıb.

Ətrafında aparılan araşdırma zamanı məlum olub ki, Hacıyev onu silah-sursatla təmin edən cinayətkar dəstənin üzvüdür. Zəngilan və Qazax polisi əməliyyatla qanunu pozanlardan daha birini, Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Samir Məmmədovu saxlamağa müvəffəq olub. Müəyyən edilib ki, Məmmədov silah-sursatı fevral ayının 5-də "Niko" ləqəbli Gürcüstan vətəndaşından alıb.

Əməliyyat tədbirlərinin davamı olaraq cinayətkar dəstənin daha iki üzvü, Qazax rayon sakinləri, əvvəllər məhum olunan Tural Haqverdiyev və Raqif Hacıyev saxlanılıblar.

Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Длительность: 1:07 Просмотров: 2.4K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео