Bakıda sevgilisinə ev kirayələdi və orada boğdu

Ötən gecə Binəqədi rayonu İlqar Cümşüdov küçəsi ev 15 "A", mənzil 42-də Xırdalan şəhər sakini 39 yaşlı Sədaqət Əsgərovanın məftillə boğulmuş meyiti tapılıb. Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, cinayət baş verən ünvana dərhal rayon hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər. Hadisə yeri və meyit müayinə olunub. Şahidlərin dindirilməsindən sonra məlum olub ki, Sədaqət Əsgərovanı onunla qeyri-rəsmi münasibətdə olan Fəhmin Qədimov öldürüb.

Fəhmin cinayəti törətdikdən sonra öldürdüyü qadının avtomobilinə oturaraq Bakıdan qaçıb. Ancaq o, Müşfiq postunda saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılan şəxs cinayət törətdiyi mənzili 3 gün əvvəl Sədaqət Əsgərova üçün kirayə tutduğunu deyib. Onun sözlərinə görə, hadisə günü Sədaqətlə aralarında mübahisə yaranıb və qadın onun ünvanına nalayiq söyüşlər işlədib. Bu səbəbdən də Sədaqəti məftillə boğaraq öldürdüyünü etiraf edib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Длительность: 0:54 Просмотров: 2.6K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: qətl cinayət
Пожаловаться

Похожие видео