Bakıda bir dəfəyə yanan 5 evdəki insanların aqibəti necə oldu?

Milli.Az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu gün Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 5 ədəd fərdi yaşayış evində yanğın baş verib.

Hadisə yerinə FHN-in aidiyyəti qurumlarının qüvvələri cəlb olunub. Yanğın saat 09:10-da söndürülüb.

Hələlik yanğının səbəbi barədə məlumat verilmir.

Səhiyyə Nazirliyindən isə Milli.Az-a bildiriblər ki, Binəqədi rayonundakı yanğın hadisələri zamanı ölən və xəsarət alan olmayıb.

Длительность: 2:29 Просмотров: 3.2K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: yanğın ev
Пожаловаться

Похожие видео