Britaniyanın ən böyük zavodunda güclü partlayış olub

352 Просмотров

Добавлено: 11.02.2016
Категории: Разное

Uelsin Port Tolbot şəhərində "Tata Steel" metallurgiya korporasiyasına məxsus zavodda güclü partlayış olub. Partlayışdan sonra baş vermiş yanğını isə yanğınsöndürənlər söndürə bilib. Report TASS-a istinadən xəbər verir ki, bu barədə Uels yanğından mühafizə xidmətinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, fövqəladə vəziyyətin aradan qaldırılması üçün hadisə yerinə altı yanğın briqadası göndərilib. Qeyd edək ki, bu ilin yanvar ayında "Tata Steel" poladın qiymətinin düşməsiylə əlaqədar xərclərin artması fonunda Port Talbotdakı zavodda 750 iş yerini ixtisara salmışdı. Milli.Az