Terrorçuları müdafiə edən millət vəkilindən açıqlama

364 Просмотров

Добавлено: 11.02.2016
Категории: Разное

Türiyənin Cizrə bölgəsində 2 aydan çoxdur başladılan əməliyyatlar sona yaxınlaşır. Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, 2 ay ərzində 675 PKK terrorçusu məhv edilib.Cizrədə yaşayan 120 minlik əhalidən 115 mini bölgəni tərk etmək məcburiyyətində qalıb. Kürdlərin partiyası olaraq tanınan HDP (Xalqların Demokratik Partiyası) sədri Səlahəddin Dəmirtaş isə mətbuata yeni açıqlamalar verib. O, öldürülənlərin terrorçu yox, Türkiyə vətəndaşı olduğunu bildirib. Dəfələrlə bu tip açıqlamalarla gündəmi zəbt edən, S.Dəmirtaşın bu dəfəki açıqlaması da narazılıqla qarşılanıb.