Bakıda 2 qəza: yaralılar var

Kəpəz TV (Region TV) xəbər verir ki, ötən gecə iki yol nəqliyyat hadisəsi baş verib. Binəqədi rayonunda piyada vurulub, Xətai rayonunda isə yüksək sürət qəzaya səbəb olub.
Bakının Binəqədi rayonunda yol nəqliyyat hadisəsi baş verib. Ziya Bünyadovla Azadlıq prospektinin kəsişməsinda "Tofaş" markalı avtomobilin sürücüsü yolu keçmək istəyən piyadanı vurub. Xəsarət alan piyada - 21 yaşlı Ağgül Abdullayeva təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər piyadada kəllə-beyin travması və çoxsaylı sınıqların olmasını müəyyən ediblər. Hadisə yerində yol polis əməkdaşları olublar. Müayinələr aparılıb, ölçülər götürülüb. Avtomobil cərimə meydançasına aparılıb.
Digər bir yol qəzası isə Xətai rayonunda qeydə alınıb. Nobel prospekti ilə yüksək sürətlə hərəkətdə olan "Qaz 3110" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil bardürə dəyib. Sürət yüksək olduğundan avtomobil çevrilib və bir neçə metr sürüşüb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Avtomobil yararsız hala düşüb.
Faktlarla əlaqədar başlanan araşdırmalar davam edir.

Длительность: 0:45 Просмотров: 3.3K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: qəza yaralılar
Пожаловаться

Похожие видео