Baba nəvəsini niyə öldürdü? - Dəhşətli qətlin TƏFƏRRÜATI - 1

Bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda baş vermiş qətlin təfərrüatları məlum olub. Nəvəsini qətlə yetirən baba törətdiyi cinayətin səbəbləri barədə açıqlama verib.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Ağdam rayon sakini, 71 yaşlı Rafiq Bayramov 16 yaşlı nəvəsi Tural Bayramovu yaşadığı evdə boğaraq amansızlıqla qətlə yetirib. İstintaqa ifadə verən Rafiq Bayramov hadisədən bir neçə gün əvvəl Rəsulzadə qəsəbəsində yaşayan qızının evinə gəldiyini söyləyib. O, yeniyetmə nəvəsi Tural Bayramova evə gec gəlməsinə və anasının sözünə baxmamasına görə onu danlayıb. Nəsihətə qulaq asmayan nəvəsi onu söyəndə Rafiq Bayramov əlini qana bulamalı olub.

Длительность: 3:39 Просмотров: 3.0K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео