Vyanada xalq artisti ilə evlənən azərbaycanlı: "Var-dövlətdə gözüm yoxdur"

589 Просмотров

Добавлено: 11.02.2016
Категории: Разное
Тэги: xalq artisti

Məşhur rusiyalı opera ifaçısı Anna Netrebko ilə evlənən azərbaycanlı tenor Yusif Eyvazovun toy mərasimi ərəfəsində bağladığı nigah müqaviləsi açıqlanıb. Milli.Az anspress-ə istinadən xəbər verir ki, sənəddə məşhur cütlüyün boşanacağı halda Yusifə heç nə çatmayacaq. Sənədə əsasən, boşanma halında Netrebko bütün varidatını qoruyacaq və onun həyat yoldaşı heç bir pay çatmayacaq. Bu sənədin imzalanmasının təşəbbüskarı Eyvazov olub. Bu addımla o ətrafa bu evliliyin var dövlətə görə olmadığını göstərmək istəyib.