Bakıdan xaricə ucuz uçuşlar təşkil ediləcək: 50 avro

Uzun müddətdir ki, Azərbaycanda ucuz uçuşlar həyata keçirən aviaşirkətlərlə bağlı müzakirələr aparılır və artıq Macarıstanın belə bir şirkəti ilə əməkdaşlığa dair razilaşma əldə olunub. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, gələn aydan etibarən Bakıdan aşağı qiymətlə Budapeştə uçmaq mümkün olacaq.

Avropaya yenidən ucuz qiymətlə uçmaq mümkün olacaq. Martın 28-dən etibarən Macarıstana məxsus aviaşirkət Bakıdan ucuz uçuşlara başlayacaq. Ucuşlar həftənin bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək. Qiyməti isə 50 avrodur. Bu qiymətə yalnız kiçik tutumlu əl çantası daxildir. Baqajlar çəkisindən asılı olaraq ayrıca ödənilir.

Turizm sektorunda çalışanlar hesab edirlər ki, ucuz uçuşlar həm Azərbaycan vətəndaşları, həm də turistlər üçün olduqca əlverişlidir.

Ekspertin sözlərinə görə, ucuz uçuşlar həyata keçirən aviaşirkətlərin Azərbaycanla əməkdaşlığı xarici turistlərin ölkəmizə gəlişini asanlaşdıracaq.

Milli.Az

Длительность: 1:30 Просмотров: 3.2K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: aviaşirkət
Пожаловаться

Похожие видео