Bezdirici SMS-lər nararazılıq yaradır

"Siz "serviz klub"a abunə olmusunuz və bunun üçün də xidmət haqqı olaraq balansınızdan 59 qəpik çıxılır".

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, son vaxtlar mobil telefon istifadəçilərinə bu cür mesajların göndərilməsi halları artıb. Bəzi şirkətlər heç bir xəbərdarlıq etmədən müştərini müəyyən kampaniyalara qoşmaqla onları ziyana salır. Bəs belə halların qarşısını necə almaq olar?

Müştəri xəbəri və birbaşa razılığı olmadan müxtəlif kampaniyalara qoşulur və balansından müəyyən məbləğ tutulur.

Bəzi şirkətlər mobil telefon istifadəçilərini müxtəlif kampaniyalara qoşmaqla özünün daimi abunəçisinə çevirir. Müştərilər isə bundan əsasən qısa nömrələrdən göndərilən SMS-lərlə xəbər tutsalar da, artıq iş-işdən keçmiş olur.

Maraqlıdır ki, belə vəziyyətlərdə müştərinin kompaniyaya qoşulmaq istəyib-istəmədiyi açıq ifadələrlə soruşulmur. Adətən isə müştəri telefonunda hansısa videoya baxdıqda özü də bilmədən müəyyən əyləncə xidmətlərinə abunə edilir və bunun müqabilində balansından pul silinir.

Ekspertlər deyirlər ki, şirkətlər bir çox hallarda bunu kontent provayderlər vasitəsilə həyata keçirirlər.

Xarici təcrübədə isə müştəriyə hansısa kampaniyaya qoşulması ilə bağlı əvvəlcədən xəbərdarlıq edilir.

Bəs belə mesajların göndərilməsinin qarşısını necə almaq olar? İlkin olaraq belə mesajlara cavab kimi STOP yazıb göndərmək mümkündür. Ancaq bu, mütəmadi hal alarsa, onda aidiyyəti qurumlara müraciət olunmalıdır.

Milli.Az

Длительность: 2:28 Просмотров: 2.9K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: SMS mobil telefon
Пожаловаться

Похожие видео