Qatarlara onlayn bilet almaq qaydası sadələşdirilir

Qatarlara onlayn bilet almaq qaydası sadələşdirilir. İndi sərnişinlər istənilən vaxt onlayn bilet ala və istədiyi yeri seçə bilər. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, onlayn bilet satışı ilə yanaşı, Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki də dəyişdirilir.

Dəyişikliklərdən biri biletlərin sayı ilə bağlıdır. Belə ki, artıq bütün biletlər onlayn satılır.

Sərnişinlər onlayn bilet alarkən vaqonu və yeri seçə bilərlər. Yəni bilet alanda "Plaskart", "Kupe" və "Sv" tipli vaqonlarda hansı yerin boş olduğu və qiyməti göstərilir. Mühim dəyişikliklərdən biri də biletin pulunun ödənilməsi ilə bağlıdır. Belə ki, indi bileti almadan əvvəl qiyməti görmək mümkündür.

Biletin alma vaxtında da dəyişiklik olunub. Yəni biletin alışı ilə bağlı məhdudiyyət qatarın yola düşmə saatından yox, sərnişinin minəcəyi stansiyadan keçmə vaxtından asılı olacaq.

Eyni zamanda artıq onlayn qaydada biletləri həm gediş, həm də gəliş istiqamətində almaq mümkündür.

Onlayn bilet satışı ilə yanaşı, Bakı-Sumqayıt qatarının hərəkət qrafikində və qatarlarının sayında dəyişiklik olunacaq.

Dəyişikliyə əsasən, qatarlar Baki sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:00, 08:50, 14:30, 17:25, 18:20, 18:40, 19:15 və 19:50-də çıxacaq. Sumqayıt stansiyasından isə 06:50, 07:25, 07.45, 08:00, 08:50, 09:40, 15:50, 18:20, 19:30, 20:05, 20:40 və 21:00-da yola düşəcək.

Şənbə, bazar və bayram günləri sərnişinlər az olduğundan qatarların qrafiki də buna uyğun tənzimlənəcək.

Milli.Az

Длительность: 1:49 Просмотров: 4.3K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео