İdman arenalarında toy şənlikləri

490 Просмотров

Добавлено: 11.02.2016
Категории: Разное
Тэги: toy şənlikləri , Toy

Son günlər cəmiyyətdə müzakirə edilən mövzulardan biri də Azərbaycandakı idman arenalarında toy mərasimlərinin təşkili ilə bağlıdır. Artıq Bakı Olimpiya Stadionunda toy şənliklərinin keçiriləcəyi məlumdur. Bununla bağlı Bakı Olimpiya Stadionunun rəsmi saytında elan da yerləşdirilib. Eyni zamanda, gənclər və idman naziri Azad Rəhimov bu günlərdə jurnalistlərə açıqlamasında deyib ki, Bakı Atıcılq Mərkəzində də toy mərasimlərinin keçirilməsi üçün əlverişli şərait var. Mövzunun aktuallığını nəzərə alan Xəzər TV-nin ənənəvi "Aktual Qonaq" proqramının növbəti efir vaxtı bu mövzuya həsr olunub. Beləliklə, proqramda Azərbaycandakı mövcud idman kompleklərindəki şərait, onların gəlir əldə etmə və özünü maliyyələşdirmə imkanlarından bəhs edilib. Proqüramın qonağı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova olub. "Xəzər Xəbər" "Aktual Qonaq" proqramını təqdim edir. Milli.Az