Şəhidimiz dəfn olundu

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu bu gün Tovuzda dəfn olunub.

APA-nın verdiyi məlumata görə, fevralın 10-da düşmən təxribatı nəticəsində şəhid olan 1990-cı il təvəllüdlü Quliyev Rahib Nəriman oğlu doğulduğu Tovuz rayonu Bozalqanlı kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində deputatQənirə Paşayeva, rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparat işçiləri, müxtəlif idarə və müəssisələrin nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri, şəhidin xidmət etdiyi hərbi hissənin komandiri və əsgər yoldaşları iştirak ediblər. Çıxış edənlər R. Quliyev barədə danışaraq onun mərd, cəsur bir əsgər olduğunu, verilən tapşırıqları layiqincə yerinə yetirdiyini bildiriblər. Qeyd edilib ki, Rahib hər zaman vətən yolunda canından keçməyə hazır olub.


Əsgərlərin yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.

Milli.Az

Длительность: 1:51 Просмотров: 3.7K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: Şəhid dəfn olundu
Пожаловаться

Похожие видео