Doğuşdan sonra ölən qadının dayısı: "Qoymadılar ki, uşağımızı başqa xəstəxanaya aparaq"

"Xəstəxanaya doğuşa görə gəlməmişdi"

2 uşaq anası doğuşdan sonra ölüb.

Ötən gecə Bakının Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasında ana ölümü qeydə alınıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, Beyləqan rayon Nil qəsəbəsi sakini, 30 yaşlı iki uşaq anası Elnurə Xanəliyeva doğuşdan sonra ölüb.

Xəstənin yaxınlarının sözlərinə görə, qripə yoluxmuş 8 aylıq hamilə qadın bir neçə gün öncə Sabunçu xəstəxanasına gətirilib. Onlar iddia edirlər ki, xəstəni yoxlamadan qeysəriyə əməliyyatı ediblər.

Etibar Xanalıyev - mərhumun dayısı: "Bizi qoymadılar, uşağımızı başqa özəl xəstəxanaya aparaq. Mərhum nəfəs almaqda çətinlik çəkirdi. Yoldaşı Sabunçu xəstəxanasına gətirdi ki, həkimlər onu müayinə etsinlər. Yəni, doğuşa görə xəstəxanaya gəlməmişdi. Həkimlər qərar veriblər ki, xəstə qeysəriyə əməliyyatı olunmalıdır və uşaq götürülməlidir. Bu zaman ağciyərində problem yaranıb və xəstə komaya düşüb. İki gün xəstə süni nəfəs aparatına bağlanıb. Sonra qəfil dünyasını dəyişib".

Xəstəxanadan isə bildirilib ki, qadına bütün lazımi yardım göstərilib. Uşaq sağ olsa da, ananın həyatını xilas etmək mümkün olmayıb. Xəstəxananın baş həkimi Fikrət Zeynalov aparılacaq araşdırmalardan sonra açıqlama verəcəyini bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova qeyd edib ki, yalnız fakt araşdırıldıqdan sonra nazirlik tərəfindən məsələyə münasibət bildiriləcək.

Длительность: 1:44 Просмотров: 5.7K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: xəstəxana
Пожаловаться

Похожие видео