"Klipimdəki o qızdan xoşum gəlirdi" - Zamiqdən etiraf

“Zamiqi sevmirlər, çünki paxıllıq edirlər. Zamiq sənətə gəldiyi gündən işi ilə məşğuldur və zövqlü geyinir. Başqaları da özünü ona bənzədir”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Zamiq Hüseynov deyib. “Stop” verilişinin qonağı olan sənətçi öz ünvanına təriflər yağdırıb:

“Öz yaşıdlarım arasında, ümumiyyətlə Azərbaycan sənət aləmində zövqlü geyinən və səviyyəli mahnı oxuyan müğənniyəm. Bu günə qədər bu sözləri deməmişəm. Məni tərifləyən olanda, üstündən keçmişəm. Amma görmüşəm ki, belə edəndə adamı vururlar. Harda səsim eşidilirsə, üzümü görmədən deyirlər, oxuyan Zamiqdir. Hətta deyirlər ki, fılankəs Zamiq kimi geyinir. Bunlar məni xoşbəxt edir”.

Z.Hüseynov ilk klipi olan “Uçduq”dakı açıq-saçıq səhnələrdən bəhs edib:

“O vaxt bu səhnələr pis qarşılana bilərdi. Bunu elə düzüb-qoşduq ki, qəbul edilsin. Onu qısa film kimi təqdim etdik. Qorxurdum, amma yaxşı qarşılandı. O vaxtlar yaşım az idi, fikirlərim indiki kimi deyildi. Klipdəki qız xoşuma gəlirdi. Onu Moskvadan gətirmişdik. Özü də tapşırmışdılar ki, qızın sevgilisi var, çox açıq-saçıqlıq olmasın. Hətta Elşad Xose zəng etdi ki, “O, mənim dostumun qızıdır. Ona mədəni davranın, diqqətli olun”.

İfaçı haqqında çıxan dedi-qodulardan danışıb:

“Deyirdilər ki, “Zamiq narkomandır”. Amma Zamiq heç içki də içmir. Çox nadir hallarda içki içirəm. Mənə o qədər pis təsir etmişdi ki... Zamiq çox yaxşı kişinin övladıdır. Gələcəkdə mənim də övladlarım deyəcək ki, “Yaxşı kişinin oğluyam”.

Z.Hüseynov müğənni İradə İbrahimovaya bir vaxtlar evlilik təklif etməsi ilə bağlı şayiələrə son qoyub. Sənətçi ailə qurmaq planlarını da açıqlayıb:

“Yalandır, elə şey olmayıb. Yaxın gələcəkdə ailə quracam. Xoşuma gələn insan var. İnşallah xasiyyətimiz də uyğun gələr”.

Длительность: 14:50 Просмотров: 3.0K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: klip müğənni
Пожаловаться

Похожие видео