İdmançımızdan əlil arabasında möhtəşəm rəqs

1275 Просмотров

Добавлено: 10.02.2016
Категории: Разное

Ötən gün Azərbaycan Milli Paralimpiya Komitəsinin yaranmasının 20 illiyi münasibəti ilə tədbir keçirilib. Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, gecəyə paralimpiyaçı Vüsalə Kərimovanın rəqsi damğasını vurub. Belə ki, idmançımız əlil arabasında Tamerlan Qədirovla rəqs edib. Mərasimdə iştirak edən əməkdar artist Lalə Məmmədova cütlüyün rəqsini sosial şəbəkədə paylaşaraq idmançı haqda fikirlərini bölüşüb: "Sən necə də gözəldin. Allah səni qorusun. Sən çoxlarına öz gücün, iradənlə örnəksən. Rəqsin möhtəşəm idi". Qeyd edək ki, V.Kərimova və T.Qədirov 2013-cü il Qitələr Kubokunun qalibləridir. Xatırladaq ki, əlil arabasında olan paralimpiyaçı Vüsalə Kərimova 4000 metr məsafədən paraşutla tullanaraq Azərbaycan tarixində bir ilkə imza atmışdı.