Diqqətli olun: sığorta fırıldaqçıları peyda olub

Bir qrup insanü özünü sığorta agenti kimi təqdim edərək, sürücülərə ya SMS göndərir, ya da birbaşa zəng edərək icbari sığortalarının etibarsız olduğunu deyirlər. Buna inanan sürücüyə isə əlavə pul müqabilində siğortanı bərpa etməyi təklif edirlər. Ekspertlər isə bu tələyə düşməməyin sadə yolu olduğunu bildirirlər.
Milli.Az Xəzərxəbər-ə istinadən bildirir ki, sürücülərə SMS göndərilir, avtomobilinin icbari sığortasının olmadığı bildirilir. Arxasınca isə zəng olunur və əlavə pul ödəmək şərtilə icbari sığortanın bərpa edilməsi təklif olunur.

Bu, son vaxtlar ortaya çıxan sığorta fırıldaqçılarının ən çox istifadə etdikləri yoldur.

Özlərini siğorta agenti kimi qələmə verərək, bu kimi zənglərlə insanları aldadırlar. Siğortanın etibarsız olduğunu və ya hər hansı bir qəza törətdikdə şirkət tərəfindən heç bir ödəniş edilməyəcəyini bildirərək əlavə pul tələb edirlər.

Sığorta eksperti Abbas Babayev deyir ki, sığorta müqavilələri avtomobilin sahibindən asılı olmayaraq öz qüvvəsində qalır. Yalnız bir halda icbari sığortaya vaxtından əvvəl xitam verilə bilər.

Bu kimi hallarla insanları aldadan şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Milli.Az

Длительность: 2:31 Просмотров: 2.6K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: sığorta
Пожаловаться

Похожие видео