Avtomobil kreditində yeni problem

452 Просмотров

Добавлено: 09.02.2016
Категории: Разное
Тэги: avtomobil , kredit , Problem

Avtomobili kreditlə alanlar üçün yeni problem yaranib. Əslində bu problemi avtomobil sahiblərinin özləri yaradırlar. Söhbət kreditdə olan avtomobillərin mülki etibarnamə ilə satışından gedir. Bəzi şəxslər özlərini guya əlavə xərclərdən qorumaq istəyirlər, amma əksinə, ziyana düşürlər. Milli.Az Xəzərxəbər-ə istinadən bildirir ki, bank mütəxəssislərinin sözlərinə görə, son vaxtlar bu tip hallara tez- tez rast gəlinməyə başlayıb. Bəzilər sadəlövlükdən, bəzilər isə həqiqətən əlavə xərclərdən qaçmaq məqsədi ilə bu üsula əl atırlar. Nəticədə əziyyət çəkən isə elə avtomobilin sənəd üzərində sahibi olur. Düzdir qanunvericiliyə görə, bank faktiki avtomobil sahibindən, kredit ödənilmədiyi üçün yalnız avtomobilin təhvil verilməsini tələb edə bilər. Bu məsələdə borcu ödəmiyən şəxs üçün cinayət məsuliyyəti nəzərdə tutulmasa da, məsələ ona xeyli başağrısı verə bilər. Milli.Az