Sürücülər üçün məcburi müayinələrdən biri aradan qaldılır

605 Просмотров

Добавлено: 09.02.2016
Категории: Разное

Sərxoşluqda ittiham edilən sürücülərin müayinəyə cəlb edilməsidən boyun qaçırması ilə bağlı prosedura dəyişiklik edilir. Bununla bağlı mayın 1-də qüvvəyə minəcək İnzibati Xətalar Məcəlləsində yeniliklər edilməsi gözlənilir. Ekspertlər isə hesab edir ki, əgər dəyişiklik indi təklif olunan formada qəbul olunarsa ziddiyyətlər yaranacaq. Milli.Az Xəzərxəbər-ə istinadən bildirir ki, reyd zamanı yol polisi sürücünün sərxoş olub-olmadığını yoxlamaq istəyir. Sürücü isə bununla razılaşmır. Hazırkı qaydalara əsasən, sürücü polisin onu saxladığı yerdə sərxoşluq müayinəsindən boyun qaçırarsa, bu zaman protokol tərtib edilir. Onun sürücülük hüququ 1 ildən 2 ilə qədər məhdudlaşdırılır, bundan əlavə 700 manata qədər cərimə edilir. Yeni İnzibati Xətalar Məcəlləsinə görə polisin saxladığı yerdə sərxoşluğun müayinəsindən boyun qaçıran sürücünü həmin xətaya görə məsuliyyətə cəlb etmək qeyri-mümkün olacaq. Sürücü yalnız tibb məntəqəsində müayinədən boyun qaçırsa məsuliyyətə cəlb edilə bilər. Bu zaman sual yaranır ki, əgər sürücü hadisə yerində müayinədən imtina edirsə, onun tibb məntqəsinə aparılması necə həyata keçiriləcək ? Milli.Az