Saç tökülməsinin ciddi səbəbləri var

Saç tökülməsi günümüzdə insanların, əsasən də kişilərin ən çox əziyyət çəkdiyi estetik problemlərdəndir. Təbii ki, söhbət eyni zamanda sağlamlıq problemlərdən gedir. Saç niyə tökülür, niyə keçəlləşir?

Milli.Az Xəzərxəbər-ə istinadən bildirir ki, saç tökülməsi, keçəlləşmə qadınların və kişilərin kabusuna çevrilib.

Estetik problem kimi görünən saç tökülməsinin altında gen faktoru ilə bərabər ciddi səbəblər dayanır.

Tez-tez və daha çox kişilərdə rast gəlinən alın və təpə nahiyyəsində hissəvi saç tökülməsi əsasən hormon problemləri ilə bağlıdır.

Saçların bütün hissələrindən ümumi tökülməsi daha çox qadınlar üçün xarakterikdir. Bunun da qanda dəmir, vitamin və mikroelementlərin çatışmazlığından irəli gəlir. Ocaqlı saç tökülməsi adlandırılan saçın hər hansı bir hissəsininin topa şəklində tökülməsinə səbəb isə əsəb və stresdir. Bu cür saç tökülməsində saç zamanla yeniden özü bərpa olur.

İrsiyyətə bağlı saç tökülməsi müalicə ilə sadəcə bir müddətə qədər ləngidilə bilər. Mütəxəssislər gün ərzində 100-150 saç telinin tökülməsinin normal saysa da müdaxilə üçün əvvəlcədən səbəbin müəyyən edilməsi şərtdir.
Milli.Az

Длительность: 2:01 Просмотров: 4.3K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео