"Kamera çəkir, bəlkə nəsə danışıb eləyək" - Oğrudan polisə

Ağdam rayonunun Mirəşelli kənd sakini Razi Aqil oğlu Məmmədov Ağdam rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, Bakı şəhər sakini Vüsalə Baris qızı Babayeva tanımadığı şəxs tərəfindən soyğunçuluğa məruz qalması barədə Binəqədi rayon Polis Şöbəsinə məlumat verib. Ərizədə bildirilib ki, tanımadığı şəxs ona zəng edərək uduşlu oyunda hədiyyə qazandığını deyib. Vüsalə Babayevaya uduş zamanı "qazanılan hədiyyə"nin alınması üçün yer təyin edilib. Vüsalə Babayeva görüşün təyin edildiyi yerə gələrkən həmin tanımadığı şəxs onun mobil telefonunu əlindən alaraq qaçıb.

Ərizə əsasında aparılan araşdırmalar zamanı soyğunçuluğu törədən şəxsin Ağdam rayonunun Mirəşelli kənd sakini Razi Məmmədov olduğu müəyyənləşib. Razi Məmmədov saxlanılaraq cinayət məsulliyyətinə cəlb olunub.

Saxlanılan şəxs polislə zarafatlaşmağından da qalmayıb: "Kamera çəkir, bəlkə nəsə danışıb eləyək. Danışın".

Hazırda saxlanılan şəxsin başqa cinayətlərdə əlinin olub-olmadığı araşdırılır.

Milli.Az

Длительность: 1:08 Просмотров: 4.2K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: oğru oğurluq polis
Пожаловаться

Похожие видео