Bakıda avtomobillər toqquşub, xəsarət alan var

Bakının Nəsimi rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Abbasqulu ağa Bakıxanov küçəsində Özal Quliyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə Zamin Araztonluya məxsus "Opel" markalı maşın toqquşub.

Qəza nəticəsində "Opel"in sürücüsü Zamin Araztonlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Tibbi müayinədən sonra həkimlər yaralı sürücünün həyatı üçün təhlükənin olmadığını bildiriblər.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya "Mercedes" markalı avtomobil səbəb olub. Belə ki, ara yoldan Bakıxanov küçəsinə çıxan "Mercedes"in sürücü Özal Quliyevin üstünlük nişanının tələbinə əməl etməməsi qəza ilə nəticələnib.

Hadisə yerində polis əməkdaşları olublar. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Faktla əlaqədar araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbi araşdırmanın gedişində məlum olacaq.

Milli.Az

Длительность: 0:35 Просмотров: 1.9K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: yol qəzası qəza
Пожаловаться

Похожие видео