DƏHŞƏTLİ qətl: 16 yaşlı nəvəsinin qulaq, burun, dodaq və cinsiyyət orqanını kəsib basdırdı

Ağdamda babanın 16 yaşlı nəvəsini qətlə yetirməsinin təfərrüatları məlum olub.

APA-nın xəbərinə görə, Ağdam rayonunda araşdırma aparan Binəqədi Rayon Prokurorluğunun əməkdaşlarının şübhəli şəxs qismində saxladıqları Rafiq Bayramov törətdiyi cinayəti etiraf edib.

R. Bayramov izahatında qeyd edib ki, nəvəsi Tural Bayramovu bacısına sataşdığı üçün qətlə yetirib.

Ağdam Rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, bu gün rayonun Çəmənli kənd qəbristanlığında dəfn olunmuş T. Bayramovun meyidi eksqumasiya edilib. Tibbi ekspertiza zamanı T. Bayramovun qulaq, burun, dodaq və cinsiyyət orqanının kəsildiyi məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda qeydə alınıb. Ağdam rayonundan olan məcburi köçkün, 2000-ci il təvəllüdlü Tural Mübariz oğlu Bayramov xüsusi amansızlıqla qətlə yetirilib.

T. Bayramov Ağdam rayonunda torpağa tapşırılıb.

Həyata keçirilən tədbirlər nəticəsində qətlin törədilməsində şübhəli bilinən, T. Bayramovun babası Rafiq Bayramov saxlanılıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Длительность: 0:35 Просмотров: 3.8K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео