Ən titullu idmançı xizəklə eniş zamanı boynunu qırdı

Böyük Britaniyanın ən titullu qadın gimnastı Bet Tviddl yeni teleşounun çəkilişləri zamanı xəsarət alıb.

Milli.Az Report-a istinadən bildirir ki, 2012-ci il London Yay Olimpiya Oyunlarının mükafatçısı boynunu qırıb.

Hadisə "Tullanış" teleşousunun yeni epizodunun lentə alınması zamanı baş verib. Həmin şouda məşhurlar xizəklə tramplindən tullanma üzrə yarışırlar. 30 yaşlı idmançı Avstriyada dağ xizəyi yamacından yıxılıb. Nəticədə onun başı maneəyə çırpılıb, bir neçə boyun fəqərəsi qırılıb.
Qadın gimnast dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub. Cərrahlar onun omba sümüyünün bir hissəsini götürüblər və iki sınıq fəqərəni birləşdirərək möhkəmlətmək üçün istifadə ediblər. Hazırda Tviddlin vəziyyəti sabit qiymətləndirilir. O, müəyyən narahatlıq hiss etsə də, ayaq və əlləri ilə hərəkət edə bilir.
Qeyd edək ki, Bet Tviddl 6 dəfə Avropa, 3 dəfə dünya çempionu olub. 2012-ci il London Yay Olimpiya Oyunlarında o, müxtəlif hündürlüklü bruslarla yarışda bürünc medala yiyələnib.

Milli.Az

Длительность: 0:39 Просмотров: 2.7K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: İdmançı xizək
Пожаловаться

Похожие видео