"Bənövşəyi-3" xəttinin tikintisinin ərazisində yanğın - 1

Bakıda metro tikintisində yanğın olub. APA-nın məlumatına görə, hadisə Ceyhun Səlimov (keçmiş Papanin) küçəsində baş verib.

Milli.Az bildirir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayev APA-ya faktı təsdiqləyib. Onun sözlərinə görə, Bakı metrosunun "Bənövşəyi-3" xəttinin tikintisinin getdiyi ərazidə işçilər üçün nəzərdə tutulan vaqonlarda qəfildən yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb edilib. Yanğın söndürülb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Nəsimi Paşayev bildirib ki, yanğının səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, şərti adları "Avtovağzal" və "Memar Əcəmi-2" olan stansiyaların istifadəyə verilməsi ilə Bakı Metropoliteninin yeni "Bənövşəyi xətt"ində ilk qatarlar hərəkətə başlayacaq.

Длительность: 0:50 Просмотров: 3.2K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: yanğın
Пожаловаться

Похожие видео