Bağlanan bankların əmanətçilərinə yeni xəbər

Lisenziyası ləğv olunmuş "Yunayted Kredit Bank"ın əmanətçiləri vəsaitlərini almaq üçün sabahdan agent banka müraciət edə bilərlər. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bu barədə məlumat verən Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bağlanmış digər banklarla bağlı yeni məlumatları da açıqlayıb.

Yanvarın 25-də lisenziyası ləğv edilmiş "Yunayted Kredit Bank"da pulu olan əmanətçilər "Unibank"ın filiallarına müraciət etməlidirlər. Ərizələrin qəbuluna sabahdan başlanılsa da, vəsaitlər dərhal verilməyəcək. Çünki "Yunayted Kredit Bank" haqqında məlumatlar tam deyil və dəqiqləşdirmələr aparılır.

Lisenziyası ləğv edilmiş "Texnikabank"ın da məlumatlarının dəqiqləşdirilməsi aparılır. Bu bank böyük olduğu üçün əmanətçilərə kompensasiyaların verilməsinə 4 agent bank cəlb edilə bilər.

Əvvəl bağlanmış digər bankların əmanətçilərinə kompensasiyaların verilişi isə davam edir. İndiyədək "Gəncəbank"ın 12 əmanətçisinə 150 min manat, "Bank of Azerbaijan" müştərilərinə isə 16 milyon manatdan artıq kompensasiya ödənilib.

Milli.Az

Длительность: 1:43 Просмотров: 2.8K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео