Heç saytları yoxdur, amma tamaşaçı azlığından gileylənirlər

Paytaxtdakı mədəniyyət mərkəzləri hələ də internet dövrü ilə ayaqlaşa bilmir. Yəni sirkə, muzeylərə və teatrlara hələ də internet vasitəsi ilə bilet almaq mümkün deyil. Bu isə özlüyündə sektora xüsusilə də gənclərin marağını azaldır.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, teatr, konsert zalları, muzey və qoruqların biletlərinin onlayn satışı yoxdur. Baxmayaraq ki, bu cür mədəniyyət mərkəzlərinin rəsmi internet saytları mövcuddur.

Yəni indi istədiyin yerə və istədiyin saata bilet almaq üçün teatra iki dəfə getmək lazım gəlir.

Mədəniyyət və Turizm Nazirliyindən isə bildirirlər ki, bu cür qurumlara müraciət edilib və məsələ yaxın vaxtlarda öz həllini tapacaq.

Bəzi mədəniyyət və əyləncə müəssisələri var ki, onların heç internet səhvələri işləmir. Yəni afişaları belə internet vasitəsi ilə öyrənmək mümkün deyil. Məsələn, Bakı Dövlət Sirki.

Maraqlısı budur ki, adətən, məhz bu qurumlar tamaşaçı marağının aşağı olmasından gileylənirlər. Görünən odur ki, bunun səbəbibini ilk növbədə özlərində axtarsalar yaxşıdır.

Milli.Az

Длительность: 1:56 Просмотров: 2.4K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: sayt tamaşaçı
Пожаловаться

Похожие видео